logo
Zeta Azərbaycanda və qonşu ölkələrdə aparıcı qlobal markalara olan artan tələbatı ödəmək (məmnun etmək, qarşılamaq) məqsədi ilə yaradılmışdır.
70 S. Vurgun Street, Bakı AZ1025, Azərbaycan
+994 12 4041338
info@zeta.az
Bizi izləyin
Insan Resursları

Zeta Group İnsan resurslarının idarə edilməsi siyasəti şirkətin dəyərlərinə uyğun, vakansiyanın tələblərinə uyğun səriştələrə sahib, yenilikləri qəbul edən və yeniliklər gətirən istedadlı insanların idarə edilməsindən ibarətdir. İstedadlı insanların idarə edilməsi dedikdə, uyğun namizədlərin işəqəbulu, sınaq müddətinin idarə edilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, karyera planlaması, təlim və inkişaf sisteminin idarə edilməsi nəzərdə tutulur. İnsan resurslarının idarə edilməsi siyasətimiz aşağıdakı prinsiplər əsasında aparılır:

Məsuliyyətlilik

Zeta Groupda çalışan hər bir insanın ona həvalə edilən işlərə məsuliyyətlə yanaşması

Bütövlük

Zeta Groupda çalışan bütün insanların sinerji yaratması, komanda olaraq bütöv halda çalışması

Ədalətlilik

Zeta Groupda çalışan bütün insanlara heç bir ayrı-seçkilik olmadan, qərəzsiz və ədalətli yanaşılması.

İşəqəbul prosesi aşağıdakı şəkildə həyata keçirilir:

  1. Vəzifə tələblərinə uyğun olan namizədlər İnsan resursları şöbəsi ilə müsahibəyə dəvət olunur;
  2. İnsan resursları şöbəsi tərəfindən şirkətin dəyərlərinə, vəzifənin tələblərindən irəli gələn səriştələrə uyğun görülən namizədlər Aidiyyatı departament direktoru (şöbə müdiri/iş rəhbəri) ilə 2-ci müsahibəyə dəvət olunur;
  3. Yüksək vəzifəyə tələb olunan işçilər ilə 2-ci müsahibədə Aidiyyatı departament direktoru (şöbə müdiri/iş rəhbəri) ilə yanaşı “Zeta Group” -un rəhbəri də görüşür;
  4. 2-ci müsahibənin nəticəsindən asılı olaraq yekun qərar verilir.
  5. İşçi işəqəbul olunduğu təqdirdə İnsan resursları şöbəsi lazım olan sənədlərin siyahısı namizədə təqdim edir;
  6. Namizəd sənədləri toplayıb, İnsan resursları şöbəsinə təqdim etdiyi zaman İşəqəbul ərizəsi yazır, işəqəbul əmri verilir, əmək müqaviləsi və tam maddi məsuliyyət imzalanır və elektron hökümət portalına işlənilir.
  7. İşçi işə qəbul olunduqdan sonra 1 ay müddətində adaptasiya dövrü hesab olunur;
  8. Adaptasiya müddətində yeni işçiyə lazım olan bütün korporativ məlumatlar iş rəhbəri və İnsan resursları şöbəsi tərəfindən verilir.

Elektron-poçt ünvanına göndərilən və ya mağazalarımıza yaxınlaşaraq təqdim edilən bütün CV-lər İnsan resursları şöbəsi tərəfindən baxılır, ən uyğun namizədlərlə əlaqə saxlanılır. Bizimlə bir kollektivdə işləmək istəyən, karyerasında yüksək hədəfləri olan insanlar cv@zeta.az ünvanına hazır CV-lərini və ya bu CV formasını  yükləyərək CV hazırlayıb göndərə bilər. Müraciətiniz üçün təşəkkür edirik!

FORMANI YÜKLƏ