
The Entertainer – Azərbaycanda 10 ildir oyuncağın və əyləncənin ünvanı
2014-cü ilin noyabr ayında Port Baku Mall-da ilk mağazasını açmaqla Azərbaycandakı fəaliyyətinə başlayan The Entertainer, bu gün artıq ölkənin ən sevilən və geniş şəbəkəyə malik oyuncaq mağazalarından biridir. Böyük Britaniyada 1981-ci ildə təsis edilmiş The Entertainer, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və yüksək keyfiyyəti ilə seçilən beynəlxalq oyuncaq brendidir.
Azərbaycanda The Entertainer mağazaları hazırda Port Baku Mall, Gənclik Mall, Dəniz Mall, Qış Parkı, Amburan Mall və Crescent Mall daxil olmaqla 6 fərqli məkanda fəaliyyət göstərir. Mağazalarda hər yaşda uşaq üçün uyğun, lisenziyalı və təhlükəsiz oyuncaqlar təqdim olunur. Seçimlər arasında Barbie, LEGO, Hot Wheels, Marvel, L.O.L. Surprise, NERF, Play-Doh, Addo və digər dünyaca məşhur brendlər yer alır.
“The Entertainer” mağazalarının Azərbaycandakı fəaliyyəti Zeta Play tərəfindən həyata keçirilir. Zeta Play eyni zamanda Azərbaycanda bir çox məşhur oyuncaq brendinin rəsmi distribyutorudur. Müxtəlif büdcə və zövqlərə uyğun geniş seçimlər, yüksək xidmət səviyyəsi və uşaqlar üçün əyləncəli tədbirlərlə The Entertainer artıq 10 ildir ki, ailələrin sevimli ünvanına çevrilib.