
Zeta ilə gələn dəb və əyləncə artıq 10 ildir sizinlədir
2012-ci ildə əsası qoyulan Zeta Group, artıq 10 ildir ki, Azərbaycanda pərakəndə, fitnes, iaşə və distribusiya sahələrində uğurla fəaliyyət göstərir. Şirkət Böyük Britaniya, İtaliya, Türkiyə və ABŞ-ın nüfuzlu brendlərini ölkə bazarına gətirərək, həm geyim, həm oyuncaq, həm də sağlam həyat tərzi sahəsində öncül mövqeyini qoruyur. Hazırda Zeta Group 13 mağaza, 1 fitness mərkəzi və 1 kafe ilə 200-dən çox əməkdaşdan ibarət peşəkar komanda ilə xidmət göstərir.
Zeta-nın Azərbaycandakı pərakəndə portfelinə The Entertainer, Ted Baker, Carpisa, Pinko, Ipekyol, Machka, Life Fitness kimi dünya brendləri daxildir. Premium fitness avadanlıqları, uşaq oyuncaqları, qadın və kişi geyimləri, aksesuarlar və baqaj məhsulları ilə fərqlənən bu mağazalar Port Baku Mall, Gənclik Mall, Dəniz Mall, Amburan Mall, Crescent Mall kimi ölkənin aparıcı ticarət mərkəzlərində yerləşir. Pərakəndə sahəsindən əlavə, Zeta 1st Fitness idman mərkəzi və sağlam həyat tərzini təşviq edən Healthy Café ilə xidmət sektorunda da fəaliyyətini uğurla davam etdirir.
Zeta Group-un əsas missiyası müasir pərakəndə təcrübəsini formalaşdırmaq, brendləri əlçatan edərək insanlara öz zövqünü ifadə etmə azadlığı təqdim etməkdir. 10 illik təcrübə ərzində Zeta Group, həm etibarlı brend ortağı, həm də ölkənin pərakəndə sektorunda innovativ oyunçulardan biri kimi tanınıb və inkişafını davam etdirir.