Zeta xəbərlər

Bu il məşhur britaniya brendi Ted Baker-in Azərbaycanda fəaliyyətə başlamasının 10 ili tamam olur. İlk olaraq 2015-ci ildə Port Baku Mall-da fəaliyyətə başlayan mağaza, bir il sonra Gənclik Mall-da da qapılarını açaraq ölkədəki dəbsevərlərin etibarını qazanmağa davam etdi. Klassik britaniya üslubunu müasir siluetlərlə birləşdirən brend, artıq on ildir ki, Azərbaycanın moda aləmində özünəməxsus yer tutur.

Ted Baker mağazaları həm qadın və kişi geyim kolleksiyaları, həm də çanta, ayaqqabı, zərgərlik və digər aksesuarlarla zəngin seçim imkanı təqdim edir. Hər bir məhsulda diqqətlə işlənmiş detallar, keyfiyyətli materiallar və zərif dizayn brendin əsas dəyərlərini əks etdirir. Müştəri
məmnuniyyəti və fərdi yanaşma isə mağaza təcrübəsinin əsas hissəsini təşkil edir.

10 il ərzində Ted Baker sadəcə dəb brendi olaraq deyil, həm də zövqlü və ilhamverici həyat tərzinin simvoluna çevrilib. Ted Baker yeni mövsüm kolleksiyaları ilə alıcılarını sevindirməyə davam edəcək. Ted Baker, gələcək illərdə də keyfiyyət, orijinallıq və incəlik prinsiplərinə sadiq qalaraq, dəbin britaniya tərzini Azərbaycan modasevərlərinə təqdim etməyə davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Full Name

Email Address

Website

Message