1st Fitness, Bakıda aparıcı fitness və SPA mərkəzlərindən biridir və əzələ qruplarının inkişafı üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bütün idman avadanlıqları Amerika brendi PRECOR-a aiddir.
Bizim idman kompleksində təklif olunan xidmətlərimizə daxili hovuz, fitnes, kardio zonası, ağır çəki zalı, fin saunası və buxar saunaları, pilates, boks, TRX məşqləri, gimnastika, su aerobikası, spa və sağlam qida kafesi daxildir..
1st Fitness mərkəzi 3 mərtəbədən və 3000 kv.m sahədən ibarətdir. Aşağı mərtəbəsidə qeydiyyat ofisi, Healthy Cafe, üzgüçülük hovuzu, kardio zonası, uşaq və qadınlar üçün paltar dəyişmə otaqları, fin saunası və buxar saunası yerləşir. İkinci mərtəbədə isə məşq zalı, VIP zona,pilates, spa, hicama və masaj xidmətləri, paltar dəyişmə otağı mövcuddur. Peşəkar məşqçi heyətimizin dəstəyi ilə müştərilər fərdi və ya qrup məşqlərindən istifadə edə bilir.